22 avqust 2010 03:01

Arif Əsədov: Hələ də istədiyimiz oyunu görmürük

Azərbaycanı çempionatının 3-cü turunda "Neftçi" doğma meydanda Zaqatalanın "Simurq" klubunu qəbul etdi. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin özbəkistanlı hücumçusu Bahodir Nasimovun het-trik etdiyi oyunda "Neftçi" rəqibini 4:0 hesabı ilə məğlub etdi.
 
"İlk olaraq "Neftçi" klubunu qələbə münasibəti ilə təbrik edirəm və qarşıdakı oyunlarda uğurlar arzulayıram. Bugünkü oyunda hesabın böyük olması üzücüdür. Komandaların səviyyə fərqi özünü göstərdi. "Neftçi"-nin heyəti milli komandalarda çıxış edən təcrübəli futbolçulardan təşkil olunub, bizdə oynayan futbolçuların çoxu isə Premyer-liqada təzə çıxış edir. Futbolçularımız istedadlı, istəkli  olsalar da, təcrübələri yoxdur. "Simurq" komandası bu il iddialılar sırasında olmasa da, Premyer-liqadan düşməyəcək", -"Simurq" klubunun baş məşqçisi Cokiça Hadciyevskibildirdi.
 
"Komandamız iki fərqli hissə oynadı. İlk hissədə 3 top vursaq da, göstərilən oyun məni qane etmədi. Fasilədə futbolçularla danışdıq. İkinci hissədə göstərilən oyundan razı qaldım. Ümumilikdə götürəndə nəticədən razıyam, lakin hələ də istədiyimiz oyunu görmürük. Fərid Quliyev istədiyimiz kimi oynaya bilmədi, ona görə ilk hissədə onu Cavid Hüseynovla əvəzlədik, oyunumuz canlandı", - "Neftçi" klubunun baş məşqçisi Arif Əsədovdedi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.