22 avqust 2010 22:03
Qurban Qurbanov: Komandada müəyyən gərginlik var idi
Azərbaycan Premyer-liqasının 3-cü turunda MOİK klubunun qonağı olan "Qarabağ" oyuna sonradan daxil olan George Adamiyanın vurduğu qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub etdi. Azerisport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra komandaların çalışdırıcıları oyun barəsində öz fikirlərini bildirdilər.
"Almaniyada "Borussia" ilə oyunda aldığımız məğlubiyyətdən sonra komandada müəyyən gərginlik var idi. İlk növbədə bu gərginliyi aradan qaldırmaq istəyirdik. Avroliqanın cavab oyununu da düşünərək bugünkü qarşılaşmada ikinci heyət oyunçularına şans verdik. Çempionata yaxşı hazırlaşa bilməmişik. Oyunumuz baxımlı alınmadı. MOİK gənc futbolçulardan təşkil olunub, lakin bu gün yaxşı təsir bağışladılar. Çətin oyun olacağını bilirdik. Minimal hesabla da olsa qalib gəlməyi bacardıq", -"Qarabağ" klubunun baş məşqçisiQurban Qurbanovdedi.
"İlk olaraq "Qarabağ"-ı qələbə münasibəti ilə təbrik edirəm. Oyunumuza gəlincə, əvvəlki oyunda olduğu kimi minimal hesabla məğlub olduq. Komandamız əsasən gənc futbolçulardan təşkil olunub, oyunumuzu göstərə bilmirik. Hücum xəttində də müəyyən çatışmazlıqlar var. Qarşıdakı oyunlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq", - MOİK klubunun baş məşqçisi Ramil Əliyev.
