22 avqust 2010 22:08
Sakit Alıyev: Müdafiəçilərimizdən narazıyam
Azərbaycan çempionatının 3-cü turunda "Turan" Salyanın "Muğan" klubunu qəbul etdi. Azerisport.az xəbər verir ki, hərəyə bir dəfə fərqlənən komandalar 1:1 hesablı heç-heçə ilə kifayətləndilər.
"Komandamın oyunundan razı qaldım. Gərgin oyun keçdi. Buraxdığımız qolda müdafiəçilərimiz rəqibin uzun ötürməsinə çata bilmədilər, hesabda geri düşdük. Lakin qısa zamanda bərabərliyə nail olduq", - "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç.
"Orta xətt futbolçularının və hücumçuların oyunu məni qane etdi. Müdafiəçilərdən isə narazı qaldım. Daha iki futbolçu transfer etmək fikrindəyik. Alınmasa, yerli oyunçulara şans verəcəyik", - "Turan" klubunun baş məşqçisi Sakit Alıyev.
Mənbə: PFL
