22 avqust 2010 22:22
Vinfrid Şefer: Bizim üçün vacib oyun idi
Azərbaycan çempionatının 3-cü turunda "Bakı" "Qəbələ" klubunu 2:1 hesabı ilə məğlub etdi.
"Bizim üçün vacib oyun idi. Rəqib ingilis üslubunda oynuyurdu, heyətində ucaboylu futbolçuları var. Və ilk epizodlarında da artıq qol vurdular. Lakin biz daha çox vəziyyət yaraddıq. Mən "Buduçnost"-la oyunu yada saldım. Futbolçularımız yenə də məğlub olurdu, və bu gündə güc tapıb qələbə qazandı", - azerisport.az xəbər verir ki, bunu paytax komandasının baş məşqçisi Vinfrid Şefer bildirdi.
