22 avqust 2010 22:38
Toni Adams: Yaxşı futbol göstərdik
"Qəbələ" komandasının baş məşqçisi Toni Adams Azərbaycan çempionatının 3-cü turunda "Bakı"-ya 1:2 hesablı məğlubiyyətdən sonra öz fikirlərini bildirdi.
"Biz üç çətin görüş keçrdik, lakin bu onların arasında ən yaxşısı idi. Yaxşı futbol göstərdik və buna görə də futbolçularımla fəxr edirəm. İndi onları daha yaxşı tanıdım", - azerisport.az xəbər verir ki, bunu Adams dedi.
Həmçinin, qeyd etmək lazımdır ki, görüşün baş hakimi Vüsak Əliyev "Qəbələ"-nin iki oyunçusunu meydandan qovdu. Bu məsələni Adams şərh etməkdən imtina etdi.
