22 avqust 2010 21:53
Bakı və Qarabağ ilk qələbələrini qazanır, Turan və Muğan heç-heçə edirlər (YENİLƏNDİ)
Bu gün Azərbaycan çempionatının 3-cü turun qalan oyunları keçirildi. Azerisport.az xəbər verir ki, əsas diqqət "Bakı" – "Qəbələ" oyununa yönəlib. Komandalar ilk iki turda bir xal da qazana bilməyib. Həmiçinin, maraqlıdır, görəsən "Qarabağ" "Borussia"-dan aldığı məğlubiyyətdən sonra özünə gələ biləcəkmi?
BAKI – QƏBƏLƏ - 2:1 (oyun başa çatdı)
5-ci dəqiqədə Barton hesabı açdı - 0:1 "Qəbələ"-nin xeyirinə. 29-cu dəqiqədə isə bir neçə saniyə öncə meydançaya daxil olan Fabio Luis Ramim baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1. 73-cü dəqiqədə Jaba penalti nöqtəsindən hesabı 2:1 "Bakı"-nın xeyirinə edir.
MOİK – QARABAĞ - 0:1 (oyun başa çatdı)
82-ci dəqiqədə Adamiya öz istəyinə çatdı - 0:1 "Qarabağ"-ın xeyirinə
TURAN – MUĞAN - 1:1 (oyun başa çatdı)
Meydan sahiblərinin heyətində 55-ci dəqiqədə topu Kolavole keçirir - 1:0. Cəmi iki dəqiqədən sonra Axundov hesabı bərabərləşdirir - 1:1.
Dünən isə turun ilk üç görüşü keçirilib:
"Gəncə" – AZAL - 1:1, XL – "İnter" - 0:0, "Neftçi" – "Simurq" - 4:0.
