22 avqust 2010 12:52
İtaliya Superkuboku: Və yenə də Inter
Milanın "Inter" klubu öz növbəti titulunu qazandı. Azerisport.az xəbər verir ki, milanlılar İtaliya Superkuboku uğrunda görüşdə "Roma" komandasını 3:1 hesabı ilə məğlub etdi.
Qeyd edək ki, bu komandalar son beş ildir ki Superkubok oyununda qarşılaşırlar. Oyunda qolları "Inter"-in heyətində Pandev (42) və Eto`o (70, 80), "Roma"-nın heyətində isə Riyse vurdular.
