23 avqust 2010 13:16
Messi Eto`o və Rivaldoya çatdı
İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi ölkə Superkubokunun oyununda komandasının heyətində 130-cu qolu vurdu. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu göstərici ilə o kamerunlu Samuel Eto`o və braziliyalı Rivaldoya çatdı.
Klubun tarixində ən çox qol vuran oyunçusu isə Sezar Rodriqesdi. O komandada çıxış edən vaxt ərzində rəqiblərin qapısından 235 top keçirib.
