23 avqust 2010 16:25
Rəşad ABDULLAYEV: Mənim bir "xəstəliyim" var...
Azərbaycanın "Neftçi" klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müdahibə verdi.
Son oyunda "Neftçi" "Simurq"-ub qapısından 4 top keçirdi.
Bu oyun bizim üçün çox vacib idi. Xal itirməməli idik. Düşünürəm ki, komanda özünü yaxşı tərəfdən göstərdi. Yaxşı oyun sərgiləyərək, layiqli qələbə qazandıq.
Dördüncü qoldan sonra da komanda hücumlarını davam etdirirdi.
Bu mövsümdə biz hücuma meylli oyunumuzu qaytardırdıq. Taktikamız elə qurulub ki, biz oyun boyu hücum etməyə çalışırıq. Hər halda, bu mövsümdə təmamiylə başqa "Neftçi" görəcksiz.
Nəzərə alsaq ki, "Neftçi" bu sayda qol vurub, demək olarmı ki, hücum problemi yox oldu?
Mövsümün əvvəlində komandaya yaxşı forvardları qata bildik. Və hələlik ki, hücum xəttində problem yoxdur. Bu mövsümdəki oyun üslubumuzu nəzərə alsaq, bizdə hər şey yaxşı olacaq. Yadımdadı, ötən mövsüm yarımmüdafiə çalışırdı, hücumçular isə bu əziyyətləri boşa verirdi. Ümid edirəm ki, hazırki hücumçularımız qol vurmağa davam edəcək.
Siz artıq ikinci görüşdür ki, meydançanı qolsuz tərk etmirsiz. Bu o deməkdir ki, artıq yarımmüdafiə də qol vurmağa öyrənib?
Biz ötəm mövsümdə də az vurmadıq. Mənim bir "xəstəliyim" var: əlverişli mövqeylərdən vura bilmirəm, lakin qızışsam, hər şey alınır.
İrəlidə "İnter"-lə oyun var və məhz bu qarşılaşma "Neftçi"-nin əsl gücünü nümayiş etdirə bilər.
"Qarabağ" (1:1) və "Qəbələ" (2:0) ilə oyunlar da asan olmayıb. Ancaq çampiona qarşı oyun artıq başqa bir məsələdir. Bu oyundan çox şey asılı olacaq. Əgər oyunumuz uğurlu alınsa, sonradan bizə bir az asan olacaq.
"Simurq"-la oyunda Arif Əsədov Fərid Quliyevi artıq oyunun ilk hissəsində əvəz etdi. Bu çoxların xoşuna gəlmədi. Həmiçinin nəzərə almaq lazımdır ki, stadionda Berti Foqts da var idi və komanda hesabda irəlidə idi.
Bu məşqçinin qərarıdı və müzakirə olunmur. Ola bilsin ki, bu oyunun gedişatı ilə bağlı baş verdi. İnanıram ki, Fərid buna incimədi.
Necə hesab edirsiz, bu dördhakimiyyətlik uzun sürəcək?
Hesab edirəm ki, 4-cü turun başlanmasına kimi. AZAL "Xəzər-Lənkəran"-la, biz isə "İnter"-lə görüşəcəyik.
Sizcə mümkündürmi ki, bu mövsümdə liderlər rəqiblərindən xal baxımından qat-qat üstün olsunlar? Son mövsümlərdə belə hal baş verməyib.
Nəzərə alsaq ki, "altılıqda" xallar silinməyəcək, bu mümkündür. Digər tərəfdən, çox nadir hallarda lider çempionatının ortasında dayanırdı. Liderlər artıq indidən xal toplamalıdı.
