23 avqust 2010 17:38
Borussia Azərbaycana gəlir
Dortmundun "Borussia" klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək Ağdamın "Qarabağ" komandası ilə cavab oyununa Bakıya gəlmə vaxtını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, almanlar paytaxtımıza avqustun 25-i saat 16:35 çarter reysi ilə gələcək. Komandadan başqa, təyyarədə azərkeş və jurnalistlər də olacaq.
Xatırladaq ki, cavab oyunu avqustun 26-sı Tofik Bəhrəmov adına Respublika stadionunda saat 21:00-da baş tutacaq.
