23 avqust 2010 00:13

İlk qələbə, ilk het-trik və dördhakimiyyətlik – çempionatın "hədiyyələri" davam edir

Bu gün Azərbaycan çempionatının 3-cü turun oyunları keçirildi. Azerisport.az xəbər verir, ikinci turdan sonra turnir cədvəlində üçhakimiyyətlik yaranmışdır. "İnter", "Xəzər-Lənkəran" və AZAL birinci yeri öz aalarında bölüşdürüdülər. Və məhz üçüncü turda onlardan ikisi – XL və "İnter" – qarşılaşdı. Lakin ilk öncə turun digər oyunun – "Gəncə" və AZAL arasındaki qarşılaşmasından başlayaq.
 
Görüşün əvvəlli çox canlı alındı. Hər iki komanda erkən qol vurmaq istəyirdi və qarşılıqlı hücumlar keçirirdi. Lakin hissənin əvvəllindəki səylərə baxmayaraq, qol vurulmadı. Bundan sonra meydan sahibləri təşəbbüsü ələ keçirməyə çalışırdı və buna nail ola bildilər. Ancaq buna baxmayaraq oyun əsasən meydanın mərkəzində keçirdi. Və ancaq hissənin sonuna yaxına "Gəncə" bir neçə təhlükəli hücum yaraddı: Junivan iki dəfə zərbə mövqeyinə çıxaraq, qol şansını əldən verdi. Görünürdür ki, bu oyunçu öz keçmiş klubunu məyus etmək etmək niyyətində idi. Və "atalar üçdən deyib" məsələsi bu dəfə öz işini gördü – Junivan üçüncü cəhddən sonra hazırki komandasını keçmiş komandası ilə oyunda irəli çıxartdı – 1:0. Bu hesabla da komandalar ilk hissəni bitirdilər. İkinci hissədə isə junivan yenə öz bəxtini sınamaq istədi, lakin bu dəfə alınmadı. Baxmayaraq ki, ikinci hissədə komandalar açıq futbol göstərirdi, iş təhlükəli zərbəyə çatmırdı. 70-ci dəqiqədə isə, "təyyarəçilər" Ndukanın cərmə zərbəsinin sayəsində bərabərlik topunu vurdular – 1:1. Və bundan sonra da komandalar hücuma üstünlük verirdilər. Görünürdiki, nə "Gəncə", nə də ki AZAL bu hesabla razı deyillər. Ancaq bütün səylərə baxmayaraq, hesab hakimin son fitinə kimi dəyişməz qaldı.
 
Turun maraq doğuran oyunlarından biri isə Lənkəranda yerli XL və Bakının "İnter" komandaları arasında keçirildi. Həmişə olduğu Lənkəran azərkeşləri komandasına böyük dəstək verirdi. Və deyəsən bu "dopinq" XL-ə müsbət, "İnter"-ə isə mənfi təsir göstərdi. Lənkəranlı futbolçular oyunu çox aktiv başladılar. "Bankirlər" isə bunu deyəsən gözləmirdi. Faktiki olaraq, ilk hissə tam olaraq "İnter"-ə aid olan hissədə keçdi. Buna baxmayaraq, ilk hissə qolsuz bitdi. İkinci hissədə isə təmamiylə başqa oyun alındı. "İnter" oyunun tempini demək olar ki tam öldürdü. Xl-in hücumları isə heç alınmırdı. Və bunun nəticəsi kimi, oyun gərgin, lakin belə demək olarsa "ölü" məcrada keçdi. Görünürdi ki, paytaxt təmsilçisini heç-heç tam razı edir. Xl-in ikinci hissədə yeganə təhlükəli zərbəsi isə oyunun sonunda Beqiri tərəfindən endirildi, lakin qeyri-dəqiq. Bununla belə, liderlərin görüşü qolsuz heç-heçə ilə nəticələndi. Həmçinin, "İnter" komandasının baş məşqçisi Kaxaber Tsxadadzeni də qeyd etmək lazımdır. Yaxşı mənada yox. Gürcü məşqçinin növbəti dəfə sərgilədiyi aqressivliyi ona gətirib çıxartdı ki, görüşün baş hakimi onu meydançadan qovdu, Lənkəran komandasının çalışdırıcısı Mirça Rednik isə ümumiyyətlə Tsaxadadze ilə birlikdə mətbuat konfransıda iştirak etməkdən imtina etdi.
 
Üçüncü turun ən məhsuldar oyunu isə Bakıda yerli "Neftçi" ilə Zaqatalanın "Simurq" komandaları arasandı baş tutdu. Artıq oyunun ikinci dəqiqəsində mövsümün ən uğurlu transferi Bahodir Nəsimov oyunda hesabı açır – 1:0 "neftçilər" irəliyə çıxır. Erkən qola baxmayaraq Cokiça Hadciyevskinin yetirmələri ruhdan düşmədilər və öz hücumlarını keçirdilər. Lakin paytaxt komanda müdafiədə oturaraq hesabı qorumağ niyyətində deyil idi. Əksinə, imkan düşən kimi, hücuma atılırdı. Düzdü, zaqatalalıar bəzi epizodlarda yaxşı müdafiə olunurdu, bu da ona gətirib çıxardır ki, "neftçilər" son zərbə endirə bilmirdilər. Ancaq 37-ci dəqiqədə Rəşad Abdullayev standartdan sonra komandasına ikinci qol gətirir – 2:0. Bundan sonra isə Nəsimov öz fərdi ustalığını nümayiş etdirərək müdafiəçiləri və qapıçını çaş-baş saldı və topu demək olar ki qapıya itələdi. Bu cür hesab artıq ilk hissədə olacağını yəgin ki heç kəs gözləmirdi. İkinci hissə isə "Neftçi"-nin yaraddığı təhlükəli vəziyyətlərlə başladı. Lakin bundan sonra "Simurq" Ramaldanovun başla endirdiyi zərbəsi ilə hesabdaki fərqi azalda bilərdi. Ancaq futbolçunun zərbəsi qapıdan azacıq aralı keçdi. Oyun "şən" keçirdi. Futbolçular müdafiədə demək olar ki oturmurdu. Hər iki komanda rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. Amma son söz yenə də Nəsimovun oldu. 77-ci dəqiqədə o komandasının dördüncü, özünün oyundaki üçüncü, çempionatdaki beşinci topunu vurur. Fenomenal futbolçu! Nəsimov bu cür templə davam etdirsə, Rusiyanın "Rubin" klubu onu birdə heç kəsə nə icarəyə verməz, nə də ki satmaz. Oyuna gəldikdə isə, bu qol oyunu "söndürdü", çünki artıq hər şey aydın idi. Arif Əsədovun komandası inamlı qələbə əldə etdi. Hadciyevski və onun komandası isə böyük hesablı məğlubiyyətə baxmayaraq ruhdan düçməməlidirlər. Görünürdü ki, komanda yaxşı oynayır, potensiala malikdir, lakin eyni zamanda çox gəncdi və oyunçular da hələ ki bir birinə öyrəşməyiblər. "Simurq"-a hələ vaxt lazımdır. Bu komanda öz sözünü deyəcək, buna əmin olmaq olar.
 
MOİK öz meydançasında avrokuboklarda öz çıxışını hələ də davam etdirən "Qarabağ"-ı qəbul etdi. Cəmi üç gün əvvəl ağdamlılar Almaniyada "Borussia" (Dortmund) komandası ilə qarşılaşmışdır. Və buna görə də təəcüblü deyil ki, komandanın baş məşqçisi Qurban Qurbanov meydançaya təmamiylə başqa heyəti buraxdı. Əvəzedicilər heç də pis təsir bağışlamadılar. Düzdü, görünrüdür ki, onlara nəsə çatışmır. Ola bilsin ki, oyun praktikası. Birinci hissədə komandalar qarşılıqlı təhlükə yaraddı, lakin qol gəlmirdi. Demək olar ki, ilk hissə "Qarabağ"-ın üstünlüyü ilə keçdi. İkinci yarıda isə Qurbanov Elvin Məmmədov və Tural İskəndərovu Qiorqi Adamiya və Rəşad Sadiqovla əvəz edir. Bundan sonra təşəbbüs tam olaraq ağdamlıların əlinə keçdi. "Hərbiçilər" ümumiyyətlə rəqibin qapısı qarşısında təhlükə yarada bilmədi. "Qarabağ" isə əksinə: Adamiya əlindən gələni edirdi ki, oyunda hesabı açsın. Və nəhayətn 82 dəqiqədə öz istəyinə çatır – 0:1 Ağdam təmsilçisi irəliyə çıxdı. Qoldan dərhal sonra əvvəlcə Rəşad Kərimov, sonrdan isə Sadiqov hesabı artıra bilərdi. Lakin oyun elə 0:1 hesabı ilə qonaq komandanın xeyirinə bitdi.
 
Tovuzda isə yerli "Turan" Səlyanın "Muğan" klubunu qəbul etdi. İlk hissə bərabər oyunla başlasada, sonradan meydan sahibləri təşəbbüsə yiyələndi. Və bunun nəticəsi kimi, qonaqların qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yarandı. Əvvəlcə Viktor Qonta, sonradan isə Cavid Tağıyev "Muğan"-ın qapısı qarşısında təhlükə yaraddılar. Bundan sonra Şalva Pirtsxalava təhlükəli zərbə endirdi, lakin bu dəfə də qol olmadı. İkinci hissənin əvvəlində isə azərkeşlər iki qol gördü. Əvvəlcə 55-ci dəqiqədə Piter Kolavole meydan sahiblərini hesabda irəli çıxrtdı. Lakin bundan dərhal sonra – 57-ci dəqiqədə - qonaqların heyətində Tural Axundov fərqlənir – 1:1. Bu qoldan sonra isə oyun sanki bitdi. Oyunda temp demək olar ki yox oldu. Və bunun nəticəsi olaraq, oyunda artıq təlükəli vəziyyət yaranmadı.
 
Və günün ən çox maraq doğuran oyunu paytaxtda "Bakı" və "Qəbələ" arasında baş tutdu. Görüş başlayan kimi, "Bakı" artıq iki dəfə künc zərbəsini yerinə yetirdi, amma nəticəsiz. Buna cavab olaraq "Qələbə" hücuma keçdi və nəticədə Con Barton "radarları" hesabda önə keçirir – 0:1. Ümumiyyətlə oyun çox canlı keçirdi. Düzdü, "Bakı"-nın heyətindəki problemlər hələ də var. Misal üçün müdafiə ən çox sual doğuran xəttdir. "Bakı"-nın müdafiədəki səhvləri "Qəbələ" üçün ikinci qol vurmağa əla imkan yaradırdı. Lakin nə Rəhman Musayev, nə də ki Barton bu imkanlardan yararlana bilmədilər. Bunu görən Şefer hücum xəttini gücləndirmək qərarına gəldi və meydançaya Səbuhi Həsənovun yerinə Fabio Luis Ramim daxil oldu. Və artıq bir neçə saniyədən sonra Fabio fərqlənir. Düzdü, burada işin 80%-ni "radarların" müdafiəçisi Lyubo Baranin etdi: Fabionun baş zərbəsindən sonra top qapını bir tərəfinə gedirdi, lakin Baranin müdaxiləsindən sonra, top istiqamətini dəyişərək qapı xəttini keçdi – 1:1. Qoldan sonra "Bakı" daha da aktivləşdi, lakin təhlükəli vəziyyətlər yaranmırdı. İkinci hissəni isə "Qəbələ" futbolçularının diktəsi altına başlandı. Paytaxt klubunun müdafiəsi isə səhvləri davam etdirirdi. Demək olar ki, "Qəbələ" futbolçuları çox rahatcasına hücüm quruqdular. Amma yaxşı ki, "Bakı"-nı belə bir hücum xətti var. 71-ci dəqiqədə Jaba rəqibin cərimə meydançasına daxil olur və burada ona qarşı qaydanı pozurlar – penalti. Braziliyalı oyunçu özü nöqtəyə yaxınlaşdı: zərbə, qol və hesab 2:1 "Bakı"-nın xeyirinə olur. Bu qoldan sonra isə oyunun tempi düşdü. "Bakı"-nı hesab qane edirdi, "Qəbələ"-ni – yox. Lakin buna baxmayaraq, "radarlar" heç bir şey etməyə də çalışmırdılar. Bu isə ya fiziki, ya da ki taktiki hazırlıqın olmaması ilə bağlıdır.
 
BAKI – QƏBƏLƏ - 2:1
Barton, 5 (0:1) Fabio Luis Ramim, 29 (1:1), Jaba, 73 (2:1)
 
MOİK – QARABAĞ - 0:1
Adamiya, 82 (0:1)
 
TURAN – MUĞAN - 1:1
Kolavole, 55 (1:0), Axundov, 57 (1:1)
 
"Gəncə" – AZAL - 1:1
Junivan, 42 (1:0), Nduka, 70 (1:1).
 
XL – "İnter" - 0:0
 
"Neftçi" – "Simurq" - 4:0
Nəsimov, 2 (1:0), 44 (3:0), 73 (4:0), R.Abdullayev, 37 (2:0).
 
 
 
Bombardirlər:
5 - Nəsimov (Neftçi)
3 - Jaba (Bakı)
2 - Yuşka (AZAL), A.Qasımov (MOİK), Mario (İnter), R.Abdullayev (Neftçi)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.