23 avqust 2010 12:31
Vaqif Cavadov millidən kənarda qaldı
Avqustun 23-dən 26-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hollandiyanın "Twente" klubunun üzvü Vaqif Cavadov bu toplanışda iştirak etməyəcək. Millinin baş məşqçisi Berdi Foqts ona klubdakı işləri ilə əlaqədar bu hazırlıq prosesində iştirak etməməyə icazə verdi..
