23 avqust 2010 12:44
Milan Barca`nın hücumçusunu istəyir
İtaliyanın "Milan" klubu İspaniyanın "Barcelona" komandasının hücumçusunun istəyir. Azerisport.az xəbər verir ki, milanlıların vitse-prezidenti Adriano Qalliani bildirdi ki, onlar hücumçu Zlatan İbrahimoviçi transferini həyata keçirmək ümidlərini itirməyiblər.
"Bu transferi həyata keçirmək çətin olacaq, lakin biz çalışarıq bunu edək. Düşünürəm ki, hazırda "Milan" yaxşı formadadır. Baxaq görək, mövsüm bizim üçün necə alınacaq. Gələcəyə nikbinliklə baxıram", - Qalliani dedi.
Mənbə: Football Italia
