24 avqust 2010 13:25

Kaxaber Sxadadze: Mən tənqidi normal qəbul edirəm

Azerisport.az saytı sizə Azərbaycanın "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadzenin müsahibəsini təqdim edir.
 
Öncə "Xəzər-Lənkəran"-la oyun haqqında fikirlərinizi bilmək istərdik. Nəticədən və oyunun səviyyəsindən razıqaldınızmı?
Oyunu rəqibə və meydançaya uyğun qurmuşduq, ona görə ki, bildiyiniz kimi, biz qısa ötürmələr vasitəsilə kombinasiyalı oyun sərgiləyirik. Ancaq bunu belə otörtüyündə həyata keçirmək, sadəcə, mümkün deyil. "Xəzər-Lənkəran" oyun üslubunu ötən illə müqayisədə radikal şəkildə dəyişib. Onlar aksenti uzun ötürmələr və güc mübarizəsi üzərinə keçiriblər. Biz buna cavab olaraq meydanın mərkəzini, müdafiə mərkəzini möhkəmləndirdik və Poşkus və Odikadze kimi futbolçularımıza ümid edərək, diqqətimizi əks-hücumlara yönəltdik. Hesab edirəm ki, bizdə alındı və irəlidə yaxşı oynamağı bacardıq.
 
Komandada bir neçə hücumçu var, bununla bərabər Poşkus və Karlsons təxminən eyni tip oyunçulardır. Bu mövqeyi möhkəmləndirməyi düşünürsünüzmü?
Bizim oyun üslubumuz iki yox, bir mərkəz hücumçusu üzərində qurulub. Buna görə də, növbə ilə onları meydana çıxaracağıq. Poşkus da, Karlsons da səviyyəli futbolçudurlar və hesab edirəm ki, bu mövqeyi gücləndirməyə ehtiyac yoxdur. Transfer pəncərəsinin bağlanmasına qədər yalnız mərkəz xəttini gücləndirmək lazımdır. Bizə daha bir dayaq müdafiəçisi lazımdır.
 
Konkret olaraq hansısa futbolçunu nəzərdən keçirirsiniz?
Hələlik heç kimi nəzərdən keçirmirik.
 
Zədələr barədə nə deyə bilərsiniz? Son zamanlar zədələr komandada artıb. Bunu nə ilə izah edərdiniz? Kifayət qədər fiziki formada olmamaqla, yoxsa başqa səbəblərlə?
Yox, fiziki forma məsələsində hər şey qaydasındadır, bunu XL-lə oyunda da gördünüz. Biz əla görünürdük, "Xəzər-Lənkəran"-sa oyunun bitməsinə iyirmi dəqiqə qalmış çox yorulmuşdu. Burada süxurun dəyişməsi futbolçular üçün böyük rol oynayır. Biz ev oyunlarımızı süni otörtüyündə, səfər oyunlarınısa təbii otörtüyündə oynayırıq. Buna görə də, bu, xüsusilə də baldırla pəncəni birləşdirən oynaqlara ciddi təsir göstərir.
 
Zlatinovun zədəsinə gəldikdə deyə bilərəm ki, o, zədəni hələ "Lex"-lə oyun zamanı almışdı. Mcavanadze məişət zədəsilə üzləşib. Levin isə məşq zamanı zədə alıb. Eyni sözü Çertoqanov barəsində də demək olar. Mən meydançaların dəyişməsini qeyd etmişdim, biz hamar sintetikada oynayırıq, sonrasa təpəciklər çox olan təbii otörtüyündə oynamağa başlayırıq ki, bu da oyunçulara mənfi təsir göstərir. Yeganə mənim üçün tapmaca olaraq qalır-o da Rövşən Əmiraslanovun zədəsidir. O, anlaşılmayan vəziyyətdə oyunun lap əvvəlində əzələsini dartdı. Kandelakinin əli sınıb, lakin bu da fiziki məşqlərə təsir göstərən zədədir.
 
Qarşıdakı "Neftçi" ilə matç barəsində nə deyə bilərsiniz?
Onların "Simurq"-la oyununa hələ baxmamışam, lakin bu günlərdə mütləq baxacağam. Onlar haqqında nə demək olar? "Neftçi" hissediləcək qədər güclənib və yaxşı oynamağa başlayıb. Düşünürəm ki, "Neftçi" çempionluğa namizədlərdən biridir. Çox çətin olacaq.
 
Sizinlə Rednik arasında baş vermiş xoşagəlməz epizoddan da yan keçmək olmur...
Mən anlamıram, nəyə görə media mənim mətbuat konfransında dediklərimi sonacan işıqlandırmır? Mən onların belə yazmalarını başa düşmürəm. Mən bir daha baş vermiş hadisəyə toxunmaq istəyirəm. Qarşılaşmanın 21-ci dəqiqəsində Rövşən Əmiraslanov zədə aldı, rəqibin məşqçisisə futbolçularına topu meydançadan kənara çıxarmaq barədə göstəriş vermədi. Bir qədər sonra biz irəliyə getdik və o zaman "Xəzər-Lənkəran"-ın futbolçusu zədə alaraq yerə yıxılmışdı- biz centlemenlik əlaməti olaraq topu meydançadan çıxardıq ki, həkimlər meydançaya çıxa bilsinlər. Halbuki biz davam edə bilərdik, axı, təhlükəli hücum yaranırdı.
 
Kandelakinin yıxılması epizoduna gəldikdəsə, burada oyunu dayandırmaq lazım idi. Onlarsa bunu etmədilər. Amma bu da bəla deyildi. Bəla onda idi ki, həmin məşqçi mənim futbolçumun ünvanına ədəbsiz ifadələr işlətdi, simulyant adlandırmaqla onu təhqir etdi və təbii ki, məşqçilərinin davranışlarından çıxış edərək lənkəranlı azarkeşlər futbolçunun simulyant etdiyini düşündülər. Lakin oyunsonrası mətbuat konfrasında dedim ki, "Xəzər-Lənkəran"-ın ən yaxşı, ən ədalətli və ən coşqun azarkeşləri var. Lənkəranda tribunları dolmuş meydançada oynamaq həmişə zövq verir. Ümid edirəm ki, onlar məsələni düşgün anlayacaqlar və həmin epizodu obyektiv qiymətləndirəcəklər. Əgər onlar hesab edirlər ki, mən doğru deyiləm, o zaman, ola bilsin ki, üzr istəyə bilərəm. Lakin mən düşünmürəm ki, onları təhqir etmişəm. Axı, biz hamımız-futbolçular və məşqçilər azarkeşlər üçün oynayır və qələbə qazanırıq. Bu oyundur, bu futboldur-bütün bunlar onlar üçündür. Əgər onlara nəsə xoş gəlməyibsə, onların bunu demək hüquqları var. Yeganə xahişim budur ki, vəziyyəti dəqiq araşdırsınlar və orada həqiqətən də nə baş verdiyini öyrənsinlər.
 
Son zamanlar Siz tez-tez mətbuatın, konkret olaraq bir mətbuat vasitəsinin anlaşılmayan hücumlarıyla qarşılaşırsınız...
Həmin mətbuat vasitəsinin ötən ildən bizə hansısa iddiaları var. Biz hesab edirik ki, onlar çempionata düzgün olmayan mövqedən yanaşaraq, onu qeyri-obyektiv işıqlandırırdılar. Digər mətbuat vasitələrini oxuyuram, hansılar ki analizlər edirlər, səviyyəli şəkildə oyunları araşdırırlar, taktikaya, futbolçuların oyunlarına toxunurlar, bir sözlə, işlə məşğul olurlar və bu, sevindirir. Mən tənqidə normal yanaşıram, lakin doğru və sağlam tənqidə. Onların yazdıqlarısa, sadəcə, şəxsi qərəzçilikdir. Qoy məni əgər heyətlə bağlı və sairə məsələlərdə buraxdığım səhvlərə görə peşəkarcasına tənqid etsinlər. Mən belə tənqidi normal qəbul edirəm və heç bir problem olmayacaq. Şəxsi qərəzçilik belə məsələlərdə olmamalıdır, şəxsi-şəxsidir, peşəkarlıq-peşəkarlıqdır... Hər kəs öz işilə məşğul olmalıdır.
 
Mənbə: İnter PFK

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.