24 avqust 2010 14:12
Tottenham "Kral klubunun" oyunçusunu istəyir
İngiltərənin "Tottenham" klubunun baş məşqçisi Harri Rednapp komandasının Madridin "Real" komandasının yarımmüdafiəçisini almaq istəyir. Azerisport.az xəbər verir ki, söhbət fransla futbolçu Lassana Diarradan gedir.
Madrid klubu futbolçunu icarəyə vermək niyyətində deyil. Diarranın qiyməti isə 10 milyon funt təşkil edir.
Qeyd edək ki, Rednapp futbolçunu "Porthsmut"-da çalışarkən "Chelsea"-dan 5,5 milyon funta aldı. Bir ildən sonra isə Diarra 20 milyon funta "Real"-a keçdi.
Mənbə: The Guardian
