24 avqust 2010 14:25
İmamverdiyev millidən kənarda qaldı
Avqustun 23-dən etibarən Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçirilir. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanışa dəvət olunan Cavid İmamverdiyev hazırlıq səviyyəsi qənaətbəxş olmadığı üçün heyətdən çıxarılıb.
