24 avqust 2010 14:58

AFFA Sxadadzeni cəzalandırdı

AFFA-nın İntizam Komitəsi "İnter" klubunun baş məşqçisini cəzalandırdı. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer-liqasının 3-cü turunun "Xəzər-Lənkəran" – "İnter" matçının 85-ci dəqiqəsində "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze rəqib komandanın baş məşqçisini təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
 
Həmçinin, "Xəzər-Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyev oyun başlamazdan əvvəl, həmçinin fasilə zamanı dəfələrlə matçın hakimlərinə etirazını bildirmişdir. Oyun başa çatdıqdan sonra Höccət Hacıyev hakimlər otağına daxil olaraq hakimlərin ünvanına nalayiq ifadələr işlətmiş və onlara hədə-qorxu gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Höccət Hacıyev 10 oyunluq cəzalanır, klub 9000 manat cərimə olunur. Hacıyevin oyun zamanı oyunçuların paltardəyişmə otağına, oyun keçirilən meydana və ona bitişik ərazilərə daxil olması qadağandır (cəza müddəti bitənədək).
 
Bundan başqa, "Bakı" – "Qəbələ" matçının 30-cu dəqiqəsində "Bakı" klubunun futbolçusu Xalidu Sissoko rəqibə qarşı qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur. Matçın 89-cu dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Milan Antiç rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 6 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur Oyunun 90+2-ci dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Lyuba Baranin rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.
 
Mənbə: AFFA

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.