24 avqust 2010 17:01
Kevin Kuranyi Azərbaycana qarşı oynamaq istəyir
Rusiyanın "Dinamo" klubunun almaniyalı hücumçusu Kevin Kuranyi ümid edir ki, Rusiyadaki çıxışı Almaniya yığmasının baş məşqçisi Yoaxim Lövün diqqətini cəlb edəcək.
"Mənimlə Löv arasında artıq heç bir anlaşılmazlıq yoxdu. Millinin çalışdırıcısı hələ dünya çempionatı başlamamazdan öncə bildirdi ki, keçmişi keçmişdə saxlayacaq və öz qərarlarını futbolçuların idman nailiyyətilərinə əsasən verəcək. Onun sözlərinə görə, o məni peşəkar sayır", - Kuranyi dedi.
Futbolçunun sözlərinə görə, Löv Avropa liqalarında baş verənlərdən bəlddir: "Əlimdən gələni edəcəm ki, yığmaya qayıdım. Əgər məni yığmaya çağırsalar mən oyuna piyada gedərdim: təki millinin heyətində yenə də oynayım", - azerisport.az xəbər verir ki, bunu Kuranyi öz rəsmi saytına bildirdi.
Qeyd edək ki, Almaniya millisi Avro-2012-nin seçmə mərhələdə Azərbaycan yığması ilə bir qrupda yer alır.
