24 avqust 2010 00:02
Neftçi braziliyalı futbolçu ilə müqaviləni pozdu
Azərbaycanın "Neftçi" klubu braziliyalı Joze Karlosla yollarını ayırdı. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu qüvvədə olan müqaviləni qarşı tərəfin razılığı ilə ləğv edərək, azad agent statusunu əldə etdi. Qeyd edək ki, Karlos "Neftçi"-də iki il keçirdi.
