24 avqust 2010 00:08
Liverpool Barca`nın təklifini qəbul etmədi.
İngiltərənin "Liverpool" klubu İspaniyanın "Barcelona" komandasının təklifini rədd etdi. Azerisport.az xəbər verir ki, Kataloniya klubu yarımmüdafiəçi Xavyer Maskerano ilə bağlı təklif verdi.
Mersisaydlılar 20 milyon avroluq təklifi öz maraqlarına uyğun saymadı. İngilislər futbolçuya görə 26 milyon avro istəyir.
Mənbə: AS
