24 avqust 2010 12:28
Neftçi özbək futbolçu ilə ayrıldı
Azərbaycanın "Neftçi" klubu Kazanın "Rubin" komandasının oyunçusu ilə ayrıldı. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, özbək oyunçu Vaqiz Qaliulin ötən həftədən etibarən komandada baxışdan keçirdi. Gedişin səbəbi isə futbolçunun atasının sağlfmlığı ilə bağlıdır. "Biz onu cəmi iki məşqdə yoxlaya bildik, bu isə son qərar üçün kifayət deyil. Nəzərə alsaq ki, transfer pəncərəsi bir azdan bağlanır, onu yoxlamağa vaxtımız olmayacaq. Ola bilsin ki, artıq gələn il biz Vaqizi yenə də baxışdan keçirərik", - paytaxt komandanın baş məşqçisi Arif Əsədov dedi.
