24 avqust 2010 00:39

Mahir ŞÜKÜROV: Hakim rəqibin tərəfini tuturdu

Azərbaycan millisinin və Maxaçqalanın "Anjı" klubunun futbolçusu Mahir Şükürov Rusiya premyer-liqası çərçivəsində "Alaniya"-ya keçirilən oyundan sonra yerli mətbuat tərəfindən görüşün ən yaxşı futbolçusu seçildi. Adətə uyğun olaraq, oyundan sonra Mahir qısa müddətə Bakıya qayıdıb və burada azerisport.az saytının suallarına cavab verdi.
 
Sonuncu turun oyunu barəsində nə deyə bilərsiz?
Əgər öz vəziyyətlərimizdən yaxşı istifadə etsəydik, o zaman qələbə qazana bilərdik. Əsasəndə ilk yarıda. İkinci hissə isə biz istədəyimiz kimi alınmadı.
 
Nəyə görə ikinci hissədə sizin oyununuz alınmadı?
Hesab edirəm ki, rəqib artırdı və daha yaxşı oynamağa başladı. Fikir verdim ki, üstünlüyü uzun ötürmələrə verirdilər. Bu da bizim işimizi çətinləşdirdi.
 
"Alaniya" ilə heç-heçə sizi qane etdi?
Əlbətdə. Nəzərə almaq lazımdır ki, oyun rəqib meydançasında keçdi. Heç də pis nəticə deyil.
 
Vladiqafqazda siz artıq ikini "Qafqaz derbisini" keçirdiniz. Sizcə, bu şəhər "Anjı" üçün uğurludu?
Mən də bu haqda düşünürdüm. Sizinlə razılaşmaya bilmərəm. Əvvəlcə "Terek"-i məğlub etdik, indi isə meydan sahblərindən bir xal qoparda bildik.
 
Həmiçinin oyunda siz sarı vərəqə almaqla fərqləndiniz. Bu epizod haqqında nə deyə bilərsiz?
Açığı deyim ki, heç başa düşə bilmədim hakim nəyə görə mənə sarı vərəqəni göstərdi. Mənim vaxt uzatmağa niyyətim yox idi. Sadəcə olaraq topa oyuna daxil edəndə boş komanda yoldaşımı axtarırdım. Axı topu hara gəldi ata bilmərəm. Bu oyunda hakim çox zaman "Alaniya"-nın tərəfini tuturdu.
 
ÇSKA-dan aldığınız böyük hesablı məğlubiyyətdən sonra bu görüşə hazırlaşmaq çətin olmadımı?
Əlbətdə, belə oyunlardan sonra asan olmur. Bir-iki gün özümüzə gələ bilmirdik, hamı kimi məndə məyus idim. Lakin biz peşəkarıq, tez bir zamanda fikirləmizi topladıq.
 
Bu oyunda siz yenə də Rusiaya çempionatında ilk qolunuz vura bilərdiniz...
(Gülür) Mən də bunu istəyirdim, amma hələ ki alınmır. Bunu etmək üçün hələ vaxt var.
 
Komandanın baş məşqçisi Hacı Hacıyev 80-ci dəqiqədə sizi meydançadan çıxartdı. Bu nə ilə bağlı idi?
Bu suala ən yaxşı cavabı məşqçi özü verə bilər. Ola bilsin ki bu onunla bağlıdır ki, mənim artıq bir xəbərdarlıqım var idi və o məni meydançada saxlamağa risk etmək istəmədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.