24 avqust 2010 12:52
Fransanın "yeni Zidanı" özünə klub tapdı
Fransanın "Lion" komandası "Bordo" klubu ilə yarımmüdafiəçi Yoan Gurküfflə bağlı razılaşmaya gəldi. Azerisport.az lionlıların rəsmi saytına istinadən xəbər verir ki, futbolçu 22 milyon avroya "Lion"-a keçdi.
Razılaşmaya əsasən, əgər "Lion" futbolçunun gələcəkdə satsa "Bordo" bu trasnferdən 4,5 milyon avro alacaq. Gözlənilir ki, oyunçu tibbi müayinədən sonra komanda ilə uzun müddətli müqavilə bağlayacaq.
