25 avqust 2010 13:47
Millimizin ilk rəqibi Türkiyə olacaq
Avropa Liqasının B divizionundan A divizionuna yüksələ bilmək üçün Portuqaliyanın Lissabon şəhərində təşkil olunmuş promofinal mərhələsində çimərlik futbolu üzrə Azərbaycan millisi də iştirak edəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz avqust 27-si Türkiyə, avqustun 28-i isə İzrail ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
