25 avqust 2010 13:58
İskəndər Cavadov: Vaqif Twente`də qalmalıdı
Reqional futbol federasiyasının prezidenti İskəndər Cavadov hesab edir ki, Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov Hollandiyanın "Twente" klubunun heyətində qalmalıdır. "Bu cür fürsət hər bir azərbaycanlı futbolçuya nəsib olmur. Vətənə istədiyi vaxt qayıda bilər. O hətta "Twente"-nin əvəzedicilərin heyətində də oynamalıdır. Və əgər orada özünü yaxşı tərəfdən göstərsə, o zaman əsas heyətə də düşə bilər Oyun praktikası ona zərər gətirə bilməz. Mən istəyirəm ki, o "Twente"-də qalsın", - azerisport.az saytına RFF-in prezidenti bildirdi.
