25 avqust 2010 15:20
Anjı Bakı ilə qarşılaşacaq
Azerisport.az xəbər verir ki, Rusiyanın "Anjı" klubu Azərbaycanın "Bakı" komandasında yoldaşlıq görüşü keçirmək barəsində məktub alıb.
"Bu oyun iki ölkə və xalq arasında dostluq və mehriban qonşuluq əlqələrinin bərkidilməsinə öz töhvəsini verəcək. Ümid edirik ki, bu cür oyunlar müntəzəm xarakter alacaq və həm Bakıda, həm də Maxaçqalada keçiriləcək", - məktubda bildirilir.
Qeyd edilir ki, "Anjı" Bakıya iki günlük səfərə sentyabrın 5-i gələcək. Azərbaycan klubu "Anjı"-nın Bakıya gəlişi ilə bağlı bütün xərclərini öz üzərinə götürür.
Oyun Tofik Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.
Mənbə: fc-anji.ru
