25 avqust 2010 16:25
Elxan Abdullayev: "Qarabağ" artıq uğurlu nəticə əldə edib
Azərbaycanın "Qarabağ" klubunun keçmiş baş məşqçisi Elxan Abdullayev azerisport.az saytına Ağdam komandasının Avropa Liqasındaki çıxışı haqqında öz fikirlərini bildirdi.
"Burada hər şey aydındır. "Borussia" artıq qrup mərhələsinə vəsiqəni təmin edib. Biz minimal qələbə və ya da ki heç-heçəyə ümid edə bilərik. Onlar Bakıda qələbə qazanmaya da bilərlər. Onlar üçün bu əhəmiyyətli deyil. Biz isə klub əmsalını artırmalıyıq. Düzdü, "Qarabağ"-dan qələbə tələb etmək düzgün deyil, lakin səhvsiz oynamaq lazımdır", - Abdullayev dedi.
Onun sözlərinə görə, ağdamlıların Dortmundaki məğlubiyyəti çox təəssüfləndirdi: "Əlbətdə, komandaların səviyyəsi müqayisə edilə bilməz. Hal hazırda "Borussia" ilə oynamaq artıq böyük işdir. Biz üç mərhələ keçdik ki, belə klubla qarşılaşaq. Onlarsa "Qarabağ" kimi üç mərhələ keçməyiblər".
Abdullayev bildirdi ki, Almaniyadaki məğlubiyyəti komandanın qapıçısı Fərhad Vəliyevin üstünə atmaq istəmir, lakin o bu cür səhvləri buraxmamalıydı. "Lakin səhvləri orta və müdafiə xətti də buraxırdı. Buna baxmayaraq, komandanı günahlandırmaq olmaz. "Qarabağ" artıq uğurlu nəticə əldə edib", - o bildirdi.
