25 avqust 2010 17:12
Mats Hummels: İsti hava problem yaradmayacaq
Almaniyanın "Borussia" (Dortmund) klubunun müdafiəçisi Mats Hummels Azərbaycanın "Qarabağ" komandası ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyunu barəsində öz fikirlərini bildirdi.
"İsti hava ilə bağlı problemlər yaranmayacaq. Mövsümün başlanması ərəfəsində biz bu cür hava şəraitində çoxlu oyun keçirdik", - azerisport.az xəbər verir ki, bunu Hummels dedi.
