25 avqust 2010 19:23

Berti FOQTS: Biz belə oyunçuları axtarıb tapmalıyıq

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Berti Foqts azerisport.az saytına müsahibə verdi.
 
Oyunçuların hazırlığı haqqında nə deyə bilərsiz?
Açığı deyəcəm ki, pisdir.
 
Dəqiq olaraq kimi nəzərdə tutursuz?
Levin zədəli gəlib, Abışov son turda oynamayıb, Cavadov "Twente"-nin ehtiyat skamyasındadır, Çertoqanovun da porblemləri var. Əgər bu davam etsə, o zaman Almaniya ilə oyunda onlar iştirak etməyəcək.
 
Oyunçuların bu vəziyyətdə olmasını nə ilə əlaqələndirirsiniz?
Görünür ki, klublarda hələ də normal iş aparılmır, əsasən də oyunçuların əvvəlki hallına salınması. Onları görüşlərdən sonra buraxmaq olmaz. Özüm şahid idim ki, oyundan sonra hovuzdaa uzanaraq, sok içirdilər. Bir il yarım əvvəl biz klubların fizioterapevtləri iləı bu barədə söhbət aparmışıq. Lakin vaxt göstərdi ki, bu istiqamətdə irəliləyiş yoxdur. Siz jurnalist olaraq gündə 7-8 saat işləyəy bilirsiz, düzdü? Bəs nəyə görə futbolçular gündə bir dəfədən artıq məşq edə bilmirlər? Artıq üçüncü turdan sonra oyunçular zədə alır. Bu cür zədələri adətən mövsümün ortasında alırlar, bəs nəyə görə burada belədir?
 
Bununla bağlı nə etmək niyyətindəsiz?
Mən artıq bildirdim ki, əgər futbolçularımız növbəti toplanışda bu vəziyyətda gələrlərsə, o zaman almanlarla oyun çıxmayacaqlar. Digər tərəfdən, mən anlayıram ki, 3-4 oyunçunun yoxluğu komandanın oyununa təsir edə bilər. Misal üçün, bu baxımdan almanlar demək olar ki bütün heyətini əvəz edə bilərlər. Yeri gəlmişkən, Küveytlə oyunda Fərid uliyev mənim heç xoşuma gəlmədi. Bir dəfə də olsun o qapıya zərbə endirmədi. Onu milliyə olk dəfə dəvət edəndə, o təmamiylə başqa idi. Son turda onu Mpenza ilə əvəzlədilər, lakin belçikalı da ondan yaxşı oyun göstərmədi.
 
Onları əvəz etmək üçün oyunçular var?
Toplanışa çağırıdığım oyunçular arasında Vurğun Hüseynov və Aqil Nəbiyevin hazırlığı xoşuma gəldi. Həmiçinin Saşa Yunisoğlu da pis görsənmir – "Qəbələ"-nin baş məşqçisi Toni Adamsın işi bilinir. Adams özü də "Arsenal" və İngiltərə millisini heyətində məhz bu mövqeydə çıxış edib. Həmiçinin, o Nodar Məmmədovun da inkişafında böyük rol oynayır. Qabaqları Nodar özünü meydançada ziyalı kimi aparırdı, indi isə mübarizədən çəkinmir. Əziz Quliyevə gəldikdə isə, mən "Bakı"-nın çalışdırıcısı Vinfrid Şeferlə söhbətim oldu. Gördüyünüz kimi, onu da çağırmışıq. Lakin, buna baxmayaraq, qeyd etməliyəm ki, mən oyunçuların ümumi hazırlığından hələ bu qədər narazı deyil idim.
 
Yəni, Almaniya ilə oyuna siz yeni oyunçuları cəlb etmək niyyətindəsiniz?
Yox. Siyah yaxşı tanıdığınız oyunçular olacaq.
 
Bu yaxınlarda siz əsasən yerli futbolçulardan təşkil olunmuş MOİK və "Simurq" komandalarının oyunlarına baxdınız. Bu futbolçuların səviyyəsindən nə deyə bilərsiz?
Hələlik onlardan heç biri beynəlxalq arenada çıxışlara hazır deyil. Yaxşısı odur ki, digər klublarda ehtiyatda oturmaqdansa, onlar öz komandalarının əsas heyətində oynayaraq inkişaf etsinlər.
 
Bəlkə bunu "Twente"-nin əsasheyətinə düşə bilməyənVaqif Cavadova da təklif edəsiz?
Vaqif Azərbaycana qayıtmağdan qorxmamalıdır. Onun üçün oyun praktikası çox vacibdir. Əks halda na çox çətin olacaq. Mən ona bildirdim ki, hazırki durumunda o mənə lazım deyil. Mahir Şükürovun "Anjı"-daki oyunlarına baxmışam, komandanın baş məşqçisi Hacı Hacıyevlə söhbət etmişəm. Mahirin inkişafı mənim çox xoşuma gəlir. Bu da ondan irəli gəlir ki, klubun işi düzgün qurulub.
 
Siz sabah "Borussia" ilə oynayacaq "Qarabağ"-ın futbolçuları ilə görüşdünüz. Görüş zamanı söhbət nə barədə gedirdi?
Qeyd etməki istəyirəm ki, "Qarabağ"-a sabahki oyunda qələbə arzulayıram və ümid edirəm ki, onlar Avropa Liqasının qrup mərhələsinə çıxacaqlar. Görüşdə mən soruşdum, niyə onlar MOİK-lə üçüncü turda oynamadılar? Avropa hər kəs üç gündən bir oyun keçirir. Bizim isə buna gücümüz çatmır?
 
Necə hesab edirsiz, milliləşdirilmiş legionerlərdən vaz keçmək vaxtı çatıb?
Yadınızdadırsa, mən komandada işimi yenicə başlayanda heyətdə indikindən daha çox legioner var idi. Ümid edirəm ki, 5-6 ildən sonra, Azərbaycanın heyəti ancaq yerli oyunçulardan ibarət olacaq.
 
Komandanın yeni futbolçusu Tolqa Erqiner barəsində nə deyə bilərsiz?
Biz belə oyunçuları Almaniyada axtarıb tapmalıyıq. Bu istiqamətdə iş davam etdiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.