25 avqust 2010 20:17
Qurban QURBANOV: Hücuma üstünlük verəcəyik
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Almnaniyanın "Borussia" (Dortmund) komandası ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyunun ərəfəsində mətbuat konfransını keçirdi.
"Böyük hesablı məğlubyyətdən sonra (0:4) söz artıq qalmır. Mərhələni keçmək çətin olacaq. Ən azı, sabah baxımlı oyun göstərmək istəyirik. Sabah siz sona qədər mübarizə aparan komandanı görəcəksiz", - azerisport.az xəbər verir ki, Qurbanov bildirdi.
"Qarabağ"-ın psixoloji durumunu necə qiymətləndirirsiz?
Durum gərgindir. Əsasən də mətbuat tərəfindən daha çox "zərbə alan" bəzi oyunçularda. Bu bütün komandaya öz təsirini göstərdi. Lakin onlar peşkardı, oyuna hazır olacaqlar.
Sizcə, mətbuat ən çox Fərhad Vəliyevə təzyiq etdi?
Bəli. İş ondadır ki, əksəriyyət bizdən çox şey gözləyirdi və belə məğlubiyyətlə barışa bilmədilər. Lakin hər şeyə real baxmaq lazımdır. Bundesliqa bizim premyer-liqamızdan qat-qat üstündür.
Ötən həftə "Borussia" Almaniya çempionatında 0:2 hesabı ilə məğlub oldu. Bu oyunu təhlil etmisiz?
Deyə bilmərəm ki, rəqibin zəif yerini tapmışam. "Borussia" hərəkət etməyi sevən komandadır. Çevik və gənc heyəti var. Unudmaq lazım deyil ki, onların rəqiblər "Bayer" idi.
İlk görüşlə müqayisədə bu dəfə dəyişikliklər olacaqmı?
Bəli, amma o qədər də çox yox.
Azərkeşlər sabah hansı futbol görəcəklər?
Biz çalışacayıq ki, hücumda daha çox oynayaq.
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bildirdi ki, "Qarabağ" almanları keçə bilər...
Bizə inandığı üçün ona minnətdaram.
