25 avqust 2010 20:33
Əfran İsmayılov: Sabahki oyundan gələbə gözləyirəm
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Almnaniyanın "Borussia" (Dortmund) komandası ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyunundan öncə azerisport.az saytına öz fikirlərini bildirdi. " Sabahki oyundan gələbə gözləyirəm və ümid ediəm ki, ötən oyunun nəticəsi təkrarlanmayacaq. Dortmundaki oyundan öncə heç-heçə barəsində düşünrdüm. Lakin komanda gözlənilməz qol buraxdı. Hesab edirəm ki, mənim yoxluğum o qədər də ciddi görünmədi. Ola bilsin ki, mənimlə komanda beş top buraxa bilərdi", - İsmayılov dedi.
