25 avqust 2010 21:12
Yurgen KLOPP: Bizi ilk oyunun hesabı maraqlandırmır
Azerisport.az xəbər verir ki, Almaniyanın "Borussia" (Dortmund) klubunun baş məşqçisi Yurgen KloppAzərbaycanın "Qarabağ" komandası ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyununu ərəfəsində mətbuat konfransını keçirdi.
"Qarabağ"-a qarşı ilk oyun hansı təəssürat bağışladı?
Sizin komandanıza hörmət edirik. "Wisla" üzərində qələbələr buna sübutdur, baxmayaraq ki, Dortmunda məğlub oldunuz.
Ağdamlıların heyətində kimi daha çox bəyəndiniz?
Gənc komandadır. Bir-iki oyunçu zədəli idi. Ötən və bu mövsümdəki heyəti nəzərdən keçirdik. Olduqca yaxşı kollektivdir.
Əgər "Qarabağ" növbəti mövsümdə də Avropada uğurlu çıxışını davam etdirsə...
Bu haqda heç bir şey deyə bilmərəm, çünki mənim işim deyil.
İnanırdınız ki, "Qarabağ"-ı asan məğlub edəcəksiz?
Xeyr. 4:0 hesabına inanmırdım. Çünki biz güclü kluba qalib gəldik.
Bu görüşlərdən əvvəl Azərbaycan haqqında nə bilirdiniz?
Ölkənin yerini xəritədə tapdım (gülür). Bilirdim ki, Berti Foqts və Vinfrid Şefer Azərbaycanda çalışırlar.
Sizcə, "Qarabağ"-ın böyük hesablı məğlubiyyəti nə ilə bağlıdır?
Bunu oyundan sonra deyəcəm (gülür).
Sabah hansı futbol göstərəcəksiz?
Bizi ilk oyunun hesabı maraqlandırmır. Qələbə uğrunda oynayacayıq.
"Qarabağ"-ın 5:0 qalibiyyətini gözləyirsiz?
Mənim komandam belə hesabla hələ məğlub olmayıb. Buna görə də, cavabım – xeyr.
