25 avqust 2010 00:15
Borussia itkiylə üzləşdi
Almaniyanın "Borussia" (Dortmund) komandasının paraqvaylı hücumçusu Lukas Barrios Azərbaycanın "Qarabağ" klubu ilə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirələcək cavab oyununda çıxış edə bilməyəcək. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı almanların çalışdırıcısı Yurqen Klopp deyib. "Bayer"-lə oyunda o zədə aldı və mən demək olar ki tam əminəm ki, o Azərbaycana getməyəcək", - məşqçi dedi. Xatırladaq ki, ilk oyunda Barrios "Qarabağ"-ın qapısından iki top keçirib.
