25 avqust 2010 12:17
Trezeqe Juve`ni tərk edə bilər
İtaliyanın "Juventus" klubunun hücumçusu David Trezeqe komandanı tərk edə bilər. Azerisport.az xəbər verir ki, güman olunur ki, o İspaniyanın "Hercules" klubuna keçəcək.
Trezeqe getsə, o zaman turinlilər ötən mövsümün bombardiri, "Udineze"-nin hücumçusu Antonio di Natale uğrunda mübarizəyə qatılmaq imkanını verəcək.
Qeyd edək ki, 32-yaşlı Trezeqe "Juventus"-da 10 mövsüm keçirib. 245 oyunda forvard 138 qol vurub.
Mənbə: France Football
