25 avqust 2010 00:25
Löv əsas müdafiəçisini itirə bilər
Almaniya yığmasının və "Wolfsburg" komadasının müdafiəçisi Arne Fridirix cümə axşamı onurğası üzərində əmilləyyat keçirəcək. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat onurğaarası diskinin bərkidilməsi üçün aparılacaq.
Qeyd edək ki, bu əmiliyyat artıq bir neçə dəfə aparılıb, lakin uğursuz nəticələnib. Müdafiəçinin meydana qayıdışı vaxtı əmiliyyatdan sonra müəyyən olacaq.
Xatırladaq ki, sentyabrda Almaniya yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika və Azərbaycan komandaları ilə qarşılaşacaq.
