26 avqust 2010 14:20
Yığmanın keçmiş həkimi: DÇ-1998-də Fransa dopinq sayəsində çempion oldu
Fransanın gənclərdən ibarət futbol üzrə yığma komandasının keçmiş həkimi Jan-Pyer Pakle bəyan etdi ki, DÇ-1998-in ərəfəsində millinin bəzi oyunçuların qanında normadan kənara çıxma aşkar olunmuşdur. Azerisport.az xəbər verir ki, Pakle bunu bu gün satışa çıxan kitabında etiraf edib.
"Qanın analizi göstərdi ki, dünya çempionatının ərəfəsində Fransanın əsas yığma komandasının bəzi oyunçularında parametrlər normadan kənara çıxırdı. Onlar hansı klubları təmsil etdiyini nəzərə alaraq, bu bizi ciddi şübhələndirirdi. Məlum idiki, o vaxt eksperimentlər aparılırdı. Və bəziləri çox təhlükəli idi. Mən dediyimi hər kəs bilir. Özümndən heç bir şey çıxartmıram. Qan cisimlərin artırılmış miqdarı hələ sübut etmir ki, onlar EPO (eritropoetin) qəbul edirdilər. Bunu sübut etmək mümkün deyil idi, ona görə də biz onları narahatlandırmırdıq", - Pakle dedi.
Paklenin açıqlaması yığmanın keçmiş oyunçuları tərəfindən çox sərt qarşılandı. Fransanın keçmiş kapitanı, hazırda onun baş məşqçisi Loran Blan oyunçular tərəfindən dopinq qəbul olunduğunu bəyanatı rədd etdi. Həmçinin digər oyunçu Marsel Desayi bildirdi ki, Pakle sadəcə olaraq öz kitabının satışını artırmaq istəyir. Fransanın o vaxtki həkimi Jan-Marsel Ferre bəyan etdi ki, bütün sözlər yalandı: "İki oyunçuda normadan kənara çıxma müşahidə olunurdu, lakin bu çətin mövsümdən sonra olan yorğunluqla əlaqədar idi".
1998-ci ildə Pakle Fransanın gənclərdən ibarət yığmasında, sonradan isə əsas milli komandasında DÇ-06-da çalışmışdır.
Mənbə: Le Parisien
