26 avqust 2010 16:14
AFFA Azərbaycan millisinin fəaliyyətini müvəqqəti dəyandırdı
Azərbaycanın qadınlardan ibarət futbol üzrə yığma komandasının fəaliyyəti müvəqqəti dayandırılıb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya ölkəmizdə qadın futbolunun inkişafını sağlam təməl üzərində qurmaq və yeni futbolçu nəslinin yetişdirilməsi məqsədilə qadınlardan ibarət milli komandanın Avropa və Dünya Çempionatlarının seçmə mərhələlərində iştirakı müvəqqəti olaraq dayandırılsın. Bununla bağlı FİFA və UEFA-ya artıq müraciət olunub.
Xatırladaq ki, son dünya çempionatının seçmə mərhələsində millimiz qrupda səkiz oyunda iki cəmi iki top vurub və 60 top buraxaraq, sonuncu pillədə qərarlaşdı.
