26 avqust 2010 16:31
Sneyder madridlilərdən ehtiyatlanır
İtaliyanın "Inter" klubunun yarımmüdafiəçisi Uesli Sneyder qed etdi ki, o Madridin "Athletico" komandasından ehtiyatlanır. Azerisport.az xəbər verir ki, bu komandalar avqustun 27-də Avropa Superkuboku uğrunda qarşılaşacaqlar.
"Athletico" ilə tanışam. Bu təhlükəli komandadır. Əla oyunçuları var. Onlar çoxdandır bir yerdə oynayırlar və bir-birilərini əla başa düşürlər. Misal üçün, Uyfaluşı, Aquero, Forlan. Ən təhlükəli isə Forlandı. O yüksəksəviyyəli futbolçudur və bunu dəfələrlə sübut edib", - Sneyder bildirdi.
Mənbə: La Gazzetta dello Sport
