26 avqust 2010 16:54
Ballak Bakıya gəlməyəcək
Almaniyan yığmasının baş məşqçisi Yoahim Löv "Bayer" komandasının yarımüüdafiəçisi Mixael Ballakı millinin yaxın iki oyununa çağırmamaq qərarı verdi. Azerisport.az xəbər verir ki, almanların yaxın iki oyunu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 3-çü Belçika və sentyabrın 7-si isə Azərbaycan yığmaları ilə keçiriləcək.
Löv hesab edir ki, futbolçu yaxşı formada deyil və buna görə də komanda bu görüşlərdə onun xidmətlərindən istifadə etməyəcək.
Mənbə: Sport1.de
