26 avqust 2010 17:36
Qarabağ Borussia`ya qalib gələcək
Azerisport.az saytında növbəti sorğu keçirildi. Azərkeşlər "Qarabağ-Borussia oyunundan nə gözləyirsiz?" sualına öz cavablarını seçdilər. Soğruda iştirak edənlərin əksəriyyəti – 33% - "Qarabağ"-ın kiçik hesablı qələbəsinə inanır. Digər nəticələr isə bunlardı: "Borussia"-nın kiçik hesablı qələbəsi" – 17%, "Qarabağ"-ın böyük hesablı qələbəsi" – 14% (78 səs), "Borussia"-nın böyük hesablı qələbəsi" – 14% (76), "Qolsuz heç-heçə" – 12%, "Məhsuldar heç-heçə" – 11%. Sorğuda 559 nəfər iştirak edib.
