26 avqust 2010 23:34
Yurqen Klopp: Oyun çox çətin alındı
Almaniyanın "Borussia" (Dortmund) komandasının baş məşqçisi Yurqen Klopp Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə cavab oyundan sonra (1:0) öz fikirlərini bildirdi.
"Qələbə qazana bildiyimiz üçün çox şadıq. "Qarabağ" sona qədər oynayırdı, lakin biz qələbə əldə edəcəyimizə inanırdıq. Oyun çox çətin alındı. Bakıda "Qarabağ" Dortmundakindən qat-qat yaxşı oynadı. Bu komandaya hörmətim çox böyükdür.
Mənə elə gəlir ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə keçə bilər. Sadəcə bir az da artırmalıdılar. Eyni zamanda, mən deyə bilmərəm "Qarabağ"-ın oyunçuları Bundesliqada oynaya bilərlə, ya da yox. Ağdamlıların heyətində 17 nömrəli futbolçunu (Vüqar Nadirov – Red.) qeyd edərdim, yaxşı oynadı. Digər oyunçular da pis təsir bağışlamadı", - azerisport.az xəbər verir ki, bunu Klopp dedi.
