26 avqust 2010 12:21
Nuri ŞAHIN: Qarabağ`ı qiymətləndirməmək olmaz
Almaniyanın "Borussia" (Dortmund) klubunun yarımmüdafiəçisi Nuri Şahin öz komanda yoldaşlarını xəbərdar etdi ki, axmayaraq ki evdə onlar 4:0 hesablı qələbə qazanıblar Azərbaycanın "Qarabağ" komandasını qiymətləndirməmək olmaz.
"Çoxları rəqibi qiymətləndirmir, bu isə bizim üçün çox pis qurtara bilər. Biz Bakıda da oyunun əvvəlində mübarizəyə başlamalıyıq. Aqressivliyimizi göstərərək çalışacayıq ki, öz oyunmuzu nümayiş etdirək", - azerisport.az xəbər verir ki, bunu Şahin dedi.
O hesab edir ki, "Borussia" bu oyunda "Bayer"-lə olduğu kimi "yatmamalıdır". "Deməzdim ki, "Bayer"-ə qarşı biz pis oynadıq, lakin hansısa bir anda komanda sanki yatdı və dörd dəqiqəyə biz iki top buraxdıq. Bakıda belə "yuxulasaq", onda tez bir zamanda öz qapımızda dörd qol görəcəyik", - futbolçu bildirdi.
Onun sözlərinə görə, "Qarabağ" dörd topu ilk 30 dəqiqədə vurmaq istəyəcək: "Oyunun ilk 20-30 dəqiqəsi bizim üçün çox çətin olacaq. Məhz bu vaxt ərzində rəqib bizə mümkün qədər qol vurmaq istəyəcək".
"Lakin biz kifayət qədər səviyyəli komandayıq ki, bu cür səhləri "Bayer"-lə oyunda olduğu kimi təkrarlayaq. İlk oyunda əldə etdiyimiz üstünlüyü qorumalıyıq", - 21-yaşlı Şahin dedi.
Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Borussia" oyunu bu gün saat 21:00-da Tofik Bəhramov adına Respublika stadionunda keçiriləcək.
