26 avqust 2010 00:25
Yurqen Klopp:Almaniya – Azərbaycan oyununda hər şey ola bilər
Almaniyanın "Borussia" klubunun baş məşqçisi Yurqen Klopp Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya – Azərbaycan oyunu barəsində öz fikirləri ilə bölüşdü. "Ötən "seçmədə" Azərbaycan Almaniyaya iki oyunda məğlub oldu. Güman edirəm ki, lazımlı nəticəni bu məğlubiyyətdən milliniz çıxardı. Kölndə oyun necə alınacaqsa onu deyə bilmərəm. Hər şey ola bilər", - azerisport.az xəbər verir ki, bunu Klop bildirdi.
Xatırladaq ki, həmin oyun sentyabrın 7-də keçiriləcək.
