27 avqust 2010 13:22
Beşiktaş yarımmüdafiəçisini itirdi
Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Matias Delqado BƏƏ-nin "Əl-Cəzirə" komandasına keçdi. Azerisport.az xəbər verir ki, futbolçu yeni komanda ilə ikiillik müqavilə imzaladı. Türkiyə klubunda Delqado dörd mövsüm keçirib.
"Beşiktaş"-dan əvvəl 27-yaşlı futbolçu İsveçrənin "Basel" komandasında çıxış edirdi.
Mənbə: fifa.com
