27 avqust 2010 13:44
Elvin Məmmədov: Heyf ki, avrmomövsümü belə bitirdik
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Elvin Məmmədov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Borussia" (Dortmund) komandası ilə cavab oyunundan sonra (0:1) azerisport.az saytına öz fikirlərini bildirdi.
"Hesab edirəm ki, görüşün yekun nəticəsi oyunu əks etdirmir. Biz kiçik hesablı qələbəni əldə edə bilərdik. Lakin hər şey əksinə alındı. Heyf ki, avrmomövsümü belə bitirdik", - Məmmədov dedi.
