27 avqust 2010 14:02
Almaniya müdafiəçisini itirdi
Almaniya yığması və "Wolfsburg" klubunun müdafiəçisi Arne Fridrix mövsümün əvvəlini buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, bundan əvvəl məlumat verilmişdir ki, oyunçunun belində əməliyyat aparılacaqdı. Futbolçu yaşıl meydançaya noyabrın sonunda qayıda biləcək.
Qeyd edək ki, sentyabrın 7-də Almaniya yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə ilk görüşünü keçirəcək.
Mənbə: Kicker
