27 avqust 2010 02:12

Qarabağ avroodisseyasının sonu

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirildi. Azerisport.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu Almaniyanın "Borussia" komandası ilə cavab oyununu keçirdi. Görüş 0:1 hesabı ilə qonaqların xeyirinə bitdi.
 
Görüşdən əvvəl çətin elə insan tapılardı ki, o "Qarabağ"-ın növbəti mərhələyə keçəcəyini 100% əminliklə deyə bilsin. Əlbətdə, hamı buna ümid edirdi, bu sözsüz. Çoxları buna inanmaq istəyirdi. Lakin, reallıq ondadır ki, biz bu cür komandalarla oynamağa hələ ki hazır deyilik. Və "Borussia" ilə hər iki oyun göstərdi ki, komanda nə fiziki, nə də ki psixoloji cəhətdən hazır deyil idi. Bu o demək deyil ki, üç mərhələ bizim limitimizdir. Əlbətdə ki, yox. Heç iki il əvvəl biz üç mərhələ keçəcəyimizə deyə bilərdik? "Qarabağ"-ımız bütün etdiklərinə görə sözsüz ki alqışlara layiqdir. Və əgər komanda bu cür templə inkişafını davam etdirsə, onda əminliklə söyləmək olar ki, bir-iki ildən sonra, biz bu komandanı avrokubokların qrup mərhələsində görə biləcəyik.
 
"Qarabağ"-da üç ciddi çatışmamazlıq var. Bunlardan ikisini artıq qeyd etdik – fiziki və psixoloji hazırlıq, bunlar hələ ki lazımi olan səviyyədə deyil. Üçüncü isə – kiçik ehtiyat skamyası. Əslində, bu ən əsas problem sayılmalıdır. Ola bilsin ki, məhz bu səbəbdən də oyunçular yorulublar. Bir tərəfdən, əlbətdə, onların fiziki hazırlığı o səviyyədə olmalıdır ki, futbolçular həftə ərzində üç oyun keçirməyə hazır olsunlar. Lakin fakt ondadı ki, bizim futbolçularımız bu cür rejimə alışmayıblar. Bu da təəssüf hissindən başqa heç bir digər hiss doğura bilməz.
 
Keçirilmiş cavab oyuna gəldikdə isə... Qurbanov sözünün üstündə durdu – komanda doğrudan da hücuma üstünlüyü verirdi. Görünürdi ki, ağdamlılar qol vurmağa can atırdılar. Dortmundaki baş verən biyabırçı oyuna görə isə azərkeşlər qabağında öz futbolu ilə üzr diləmək istəyirdilər. Lakin bu dəfəki rəqibimizin bütün nöqsanlarına baxmayaraq bir üstünlüyü var – oyunu özünə sərf edən tempə gətirə bilir: gah tempi, sürəti qaldırırdı, gah aşağa salırdı. Əsasən də bu ikinci hissədə nəzərə çarpırdı. Bu isə bizim futbolçularımızın oyununa çox neqativ təsir edir.
 
Həmçinin komandamızın oyuna taktiki hazırlığı da bir az narahatlıq doğururdu. Xüsusi ilə də rəqibin yerinə yetirdiyi standart vəziyyətlərdən sonra "Qarabağ"-ın futbolçuları boşluqlara yol verirdilər. Və hətta almanlar bu cür standart vəziyyətdən sonra qapı qarşısında demək olar ki tək-tənnha qalaraq, topu tora daxil edəcəkdilər – sağ olsun Rubins, buna imkan vermədi. Həmçinin bu oyunda da komandamız uzağdan zərbə endirməkdən çəkinrdi. Vurmaq istiyəndə isə, rəqibin bir neçə oyunçusu futbolçumuza rahat nəfəs almaq üçün heç yarım saniyə də vermirdilər. Bizimkilər isə əksinə, orta xəttində çoxlu səhv buraxaraq, rəqibə rahatcasına mərkəzi keçmək üçün imkan yaradırdılar.
 
Ancaq indi gəlin bunlara fikir verməyək.Düzdü, heç kəs istəmirdi ki, "Qarabağ" öz meydançasında məğlub olsun, lakin bu baş verdi. Amma heyflənməyə dəyməz. Əksinə, "Qarabağ"-a bu cür futbol bayramlarını bizə bağışladığı üçün minnətdarlığımızı bildiririk. Və ümid edirik, artıq gələn il biz avrokubokların qrup mərhələsində ilk Azərbaycan komandasını görə biləcəyik. İrəlidə böyük uğurlar gözləyir...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.