27 avqust 2010 02:23
Qiorqi Adamiya: Borussia`dan geri qalmırdıq
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Qiorqi Adamiya Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın "Borussia" (Dortmund) komandası ilə cavab oyundan sonra (0:1) azerisport.az saytına öz fikirlərini bildirdi.
"Borussia"-dan geri qalmırdıq və hətta qol da vura bilərdik. Lakin alınmadı. Bizi dəstəkləyən hər kəsə öz minnətdarlığımızı bildiririk. Avrokubok mövsümü uğurlu alındı. İndi isə çempionata keçmək lazımdır", - Adamiya dedi.
