27 avqust 2010 14:49
Milan`nın baş məşqçisi: Bizə ən çətin qrup düşdü
İtaliyanın "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının qrup mərhələsinin püşkündən razı qalmadı. Azerisport.az xəbər verir ki, italiyanlar İspaniyanın "Real", Hollandiyanın "Ajaks" və Fransanın "Auxerre" komandaları ilə bir qrupda yer aldı.
"Biz və "Inter" ən çətin qrupa düşdük. Güclü rəqiblərlə qarşılaşacayıq. "Real"-la oyunlar isə öz əhəmiyyətinə malikdir. "San Siro" və "Santiago Bernabeu" stadionları dolu olacaq, azərkeşlər isə əsl futbol tamaşasını izləyə biləcək", - Alleqri vurğuladı.
Mənbə Football Italia
