27 avqust 2010 16:02
AFFA UEFA-ya müraciət etdi
Azərbaycan futbol federasiyaları assosiasiyası (AFFA) UEFA-ya müraciət etdi. Azerisport.az assosiasiyanın rəsm saytına istinadən xəbər verir ki, AFFA 2008-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşularaq ölkəmizdə "C", "B" və "A" kateqoriyalı məşqçi kurslarının keçirilməsi hüququnu qazanıb. Ötən müddət ərzində 300-dən artıq məşqçi bu kurslarda təhsil alaraq müxtəlif kateqoriyalara yiyələnib. Bu sistemi davam etdirmək məqsədilə AFFA ölkəmizdə ilk dəfə olaraq "Pro"kateqoriyalı məşqçilər hazırlamaq üçün UEFA-ya müraciət edib. Avropa futbol qurumu bununla bağlı monitorinq apardıqdan sonra bu ilin sonuna qədər qərarını verəcək.
